“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
7 May 13:59
2 268
02–05 may 2026-cı il tarixlərində İstanbul şəhərində keçirilən "AJP European Championship 2026" yarışında Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin idmançıları uğurlu nəticələrlə yadda qalıblar.
Xalqcebhesi.az xəbər verir ki, yarışda 44 ölkədən idmançılar iştirak edib.
Azərbaycan yığma komandası ölkələr arasında ümumi hesabda 3-cü yerə layiq görülüb.
Anar Səfərovun rəhbərlik etdiyi "QARABAĞ" klubundan Abdulqafur Hacızadə - Gi üzrə 1-ci yer, No-Gi üzrə 1-ci yer, Nurəddin Daşdəmirovun məşqçisi olduğu "KEMPO" klubundan Fuad Məmmədov (-62 kq) - 1-ci yerə, Maksim Şnickin (Master 1, +110 kq) - 1-ci yerə, Üzeyir Təhməzov (16–17 yaş, 81 kq) - 2-ci yerə, Mehdi Əliyev (14–15 yaş, 51 kq) - 2-ci yerə layiq görülüblər.
Bundan başqa rəhbər və məşqçisi Elçin Hüseynov olan "DİNAMO" klubu da uğurları ilə fərqlənib.
Klubun idmançıları Dmitriy Amrastanov (Master 2, 85 kq) - 2-ci yer, Emin Musayev (Master 2, 94 kq) - 2-ci yer, Fatih Mərdanzadə (12–13 yaş, 50 kq) - 2-ci yer, Süleyman Zeynalov (10–11 yaş, 50 kq) -3-cü yer, Həsən Səfərəliyev isə (böyüklər, 62 kq, bənövşəyi kəmər) - 2-ci yerdə qərarlaşıblar.
Əkbər Hadıyevin rəhbərlik etdiyi "Hadıyev Team" klubunun idmançısı MirCəlal Həsəni (77 kq, purple belt, Master 1, No-Gi) - 1-ci yerdə qərarlaşıb.
Bu nəticələr Azərbaycan idmançılarının əzmkarlığının, məşqçilərin peşəkarlığının və ölkədə Braziliya Ciu-Citsu idman növünün inkişafının göstəricisi kimi qiymətləndirilir.
Cavid
8 May 19:53
1 274
8 May 17:40
1 330
7 May 10:45
1 834




