3 İyul 12:09
3 İyul 11:15
15 May 10:58
5 992
“Sabah” Fransanın “Lill” komandasının futbolçusu Yunes Laçaabla anlaşıb.
AZƏRTAC “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, hazırda Liqa 1 təmsilçisinin ikinci komandasında çıxış edən vinger yaxın günlərdə Azərbaycan çempionu ilə müqavilə imzalayacaq.
“Lill”in əsas komandasında iki oyun keçirən oyunçu artıq klubun düşərgəsini tərk edib. Onun Fransa klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, “Sabah” bu mövsüm həm Azərbaycan çempionu, həm də ölkə kubokunun qalibi olub. Paytaxt təmsilçisi yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.
3 İyul 20:12
1 036
3 İyul 19:00
1 015
3 İyul 15:32
1 064