Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Rusiyanın donanma ilə bağlı təşəbbüsü

Rusiyanın donanma ilə bağlı təşəbbüsü Dünya

Rusiyanın donanma ilə bağlı təşəbbüsü

Vladimir Putin həm yalanları, həm də fürsətçiliklə ölkəsinin diplomatik və strateji gücünü təbliğ edir

Cavid

Amerika və müttəfiqlərinin Kremlin Ukraynadakı üsyançıları dəstəkləməsinə və Krımı ilhaq etməsinə görə cəzalandırılması haqqında qərar vermələrinin üstündən bir ildən çox vaxt keçib. Rusiya artıq Qərblə münasibətində mövqeyini getdikcə gücləndirir və özünə yeni müttəfiqlər tapır. İstənilən halda, Vladimir Putinin xalqına verdiyi mesaj budur. "Economist" yazır ki, Rusiya prezidenti iyunun 26-sı NATO-nun bəzi qüvvələrin Rusiya yaxınlığına köçürülməsi ilə bağlı "qəbuledilməz" planlarına qarşı dəniz qüvvələri haqqında doktrina qəbul etdi. Onun istədiyi xüsusilə Arktika və Atlantikada fəal olub artıq köhnəlməkdə olan hərbi gəmiləri əvəz edə biləcək donanma yaratmaqdır.
Bunun üçün bir ay diplomatik nümayiş oldu. Rusiyanın Avropa və Asiya sərhədində yerləşən Ufa şəhərində Amerikanın qlobal üstünlüyünə meydan oxumaq istəyən iki təşkilatın zirvə görüşləri keçirildi. Bu təşkilatlardan biri BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika), digəri isə müdafiə məsələləri ilə məşğul olan, Çin və keçmiş Sovet respublikalarının daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatıdır.
Rusiya dövlət mediası BRICS təşkilatının görüşünün Qərb maliyyə sisteminin zəiflədilməsinə qarşı yeni bir addım olduğunu bildirib. Görüşdə 100 milyard dollar dəyərində valyuta ehtiyat fondu yaradılıb ki, bu da BVF-in pul böhranları zamanı oynadığı stabilləşdirici rolunu üstələyə bilər. Eyni məbləğ üzrə inkişaf bankı yaradılması üzrə planlar olduğu da elan edilib. Aydındır ki, burada məqsəd Rusiyanın Qərb kapital bazarlarından təcrid edilməsinə baxmayaraq, alternativ iqtisadi əməkdaşları olduğu mesajını verməkdir. Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimovun dediyi kimi: "Kimsə sizə üz çevirəndə qarşınızda iki seçim qalır – ya həmin şəxsin arxasınca qaçırsınız, ya da başqa insanlarla danışmağa başlayırsınız."
İyulun 14-ü İran və dünyanın altı güclü ölkəsi arasında Amerikanın rəhbərliyi ilə imzalanan, lakin Rusiyanın da daxil oldu nüvə sazişi Kremlə Qərbin hələ də Rusiyaya ehtiyacı olduğunu iddia etməsinə imkan verdi. Barak Obamanın sazişin imzalanmasında göstərdiyi köməklərə görə Vladimir Putinə təşəkkür etməsi bəzi Rusiya rəsmilərinin Qərbin İran və Suriya kimi yerlərdə köməyə ehtiyac duyduğuna görə Ukrayna və ya Şərqi Avropada hər hansı başqa bir yerdə güzəştə gedib üstünlüyü əldən verəcəyi ümidlərini yüksəltdi.
İyulun 3-ü BMT-nin İnsan Hüquqları Şurasında ənənəvi ailə anlayışına böyük əksəriyyət tərəfindən üstünlük verilməsi ilə Vladimir Putin "ənənəvi dəyərləri" müdafiə etməklə bir növ yumşaq güc tərəfdən çıxış etdi. Rusiya və İslam dövlətlərinin, əksinə Amerika və Qərbi Avropa ölkələri isə eynicinslilər arasında münasibətlər kimi yeni reallıqların qeyd edilməsini istəyirdilər.
Ancaq bütün bu iqtisadiyyat sahəsində və dəyərlərin qorunması ilə bağlı özündən əminliyin arxasında Rusiya Qərbin təzyiqinə nə dərəcədə müqavimət göstərir? Belə görünür ki, Putin boş yerə öyünür.
Hər şeydən əvvəl Çin nə kapital təminatçısı, nə də təhlükəsizlik üzrə bir əməkdaş kimi Rusiyanın ümidlərini doğruldacağına bənzəmir. İqtisadiyyatı da Rusiyanınkından güclü olan Çin Qərblə mübarizəyə girmək niyyətində deyil. Amerikanın Corctaun Universitetinin professoru Angela Stent belə düşünür ki, Çin-Rusiya əməkdaşlığından hələ uzun müddət iqtisadi fayda gəlməyəcək. Bu ay Rusiyadan Çinə qaz nəql edilməsi üçün nəzərdə tutulan boru kəməri haqqında gedən danışıqlar boşa çıxdı. Çin üçün Amerikanın daxil olmadığı Asiya İnfrastruktur İnvestisiya Bankı üçün nəzərdə tutulan planlar BRICS təşkilatının istənilən layihəsindən üstündür.
Şanxay Əməkdaşlıq Təşkilatının da NATO ilə müqayisə edilə biləcək dərəcədə vahid birliyə çevrilməsi ehtimalı da azdır. Çin Rusiyadan silah alsa da, ölkələr arasında təhlükəsizliklə bağlı fikir ayrılıqları var. Məsələn, Çin Rusiyanın Vyetnamla davamlı əlaqəsi olmasını bəyənmir. Bundan başqa, Rusiyanın Ukraynada ekspansionist siyasət yeritməsi Qazaxıstan kimi qonşu ölkələrin daha tədbirli olmalarına səbəb olub.
İranla saziş bağlanmasının da Rusiya üçün həm mənfi, həm də müsbət cəhətləri var. Rusiya İrana qarşı iqtisadi sanksiyalara müqavimət göstərirdi ki, bundan mənfəət götürə bilsin. Digər tərəfdən isə saziş neft qiymətlərinin aşağı düşməsinə səbəb olaraq və Avropaya yeni qaz təchizatçıları gətirərək Rusiyaya da zərər verə bilərdi. Bundan başqa, sazişə əsasən, Rusiya beş ildir nəzərdə tutduğu planını həyata keçirə, yəni İrana silah sata bilməyəcək. Rusiya üçün əsl mükafat Amerikadan bezmiş və yeni maliyyə əməkdaşları axtaran Səudiyyə Ərəbistanı ilə müqavilə bağlanmasından gələ bilərdi.
Rusiyanın bütün təşəbbüsləri arasında büdcə kəsirlərinə davamlı görünən yeganə fəaliyyət yenidən silahlanmanın əsas hissəsini təşkil edən təşəbbüs – dəniz qüvvələrinin artırılmasıdır. Rusiya Ukraynanın müəyyən yerlərinə girişi olmadığı üçün böyük suüstü gəmilərin hazırlanması üçün kifayət qədər imkan ələ edə bilməyib. Ölkənin 30 il əvvələ aid bir təyyarə gəmisi var, bu da dəniz üçün yararlı deyil. Əgər irəli sürüldüyü kimi uğurlu olarsa, yeni təyyarə gəmisi 2030-cu ilə qədər yaradıla bilər.
Rusiya üçün sualtı gəmilərin yaradılmasında isə uğurlu olub. Hazırda Rusiyaya məxsus ən yeni nüvə potensiallı üç gəmi okeanın dərinliyində yerləşdirilib, hələ yeddisinin də istifadəyə verilməsi planlaşdırılır. Amerika donanmasında hərbi gəmilərin sayı 300-ü keçməyə yaxınlaşsa da, Rusiyanın bu təşəbbüsü olduqca ciddidir. Yeni doktrina ilə okeanın Qərbə məxsus donanmaların üzdüyü hər yerində NATO-ya müqavimət göstərmək potensialının yaradılması nəzərdə tutulur.
Etiraf etməsə də, Qərbin qoyduğu sanksiyalar nəticəsində iqtisadiyyatı zəifləyən Rusiya bu planı vətəndaşları guya Amerika tərəfindən təhlükə ilə üz-üzə olan ölkələr naminə qənaət etməyə razı salmaqla həyata keçirməyə ümid edir. Kremllə əlaqəli fəaliyyət göstərən Strateji Tədqiqat İnstitutunda çalışan Anna Qlazovaya görə, bunun bir çox sübutu var. Bunlardan biri də Obamanın Rusiyanın yanlış davranışları, Ebola virusu və İslam Dövlətinin törətdiklərini eyni çıxışda qeyd etməsidir.
Yəqin ki, bu aqressiv müdafiə və itaətsizlik Sovet dövrünü xatırlayanlara tanış gəlir. Rusiyanın "yox" deməkdə qətiyyətli olduğunu sübut etmək lazımdırsa, qeyd edək ki, iyulun 29-u ötən il Malayziyaya məxsus təyyarənin vurulub yerə salınmasının araşdırılması üçün tribunal yaradılması haqqında BMT-nin Təhlükəsizlik Şurası tərəfindən verilən qətnaməni qəbul etməyib.