FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Ukrayna dronları Krım aerodromunda yüz milyon dollarlıq hərbi texnikanı sıradan çıxarıb
Bakıda narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxunub
Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir
Sülh gündəliyi və Avropa İttifaqının siyasəti: Azərbaycana qarşı ikili standartlar - RƏY
28 Oktyabr 08:54
3 444
Zelenskinin növbəti seçkilərə gedəcəyi təqdirdə belə uduzacağı şübhə doğurmur, zira o seçicilərinə verdiyi vədi yerinə yetirə bilməmiş, Ukraynanı labüd fəlakətə sürükləyib. Digər tərəfdən Kremlə görə onun hakimiyyəti legitim deyil, zira Zelinskinin səlahiyyət müddəti keçən ilin mayında başa çatıb. O, isə müharibəni bəhanə edərək növbəti seçkilərin keçirilməsindən imtina edib.
Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib.
"Halbuki Ukrayna qanunvericiliyində bununla bağlı müddəa yoxdur. Avropa Birliyindəki qlobalist dairələr isə buna göz yumurlar. Zelinski Trampın hərbi əməliyyatların dayandırılmasl ilə bağlı çağırışlarına Avropadakı havadarlarına güvənib əhəmiyyət vermədiyinə görə ehtimal ki, onun dəyişdirilməsi üzərində artıq ABŞ-ın bəlli dairələrində iş gedir, yeni liderin "üzüyola" olması planı müharibənin sonunu gətirəcək ən effektli əməliyyatlardan ola bilər.
Onsuz da bu müharibənin Ukraynanın nufuz dairələrinə bölunəcəyi ilə bağlı fikirləri həm Qərb, həm də Şərqdə qəbul edirlər" - politoloq deyib.
Cavid
