“İtaliya Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir”
Bu bazarlarda saxta kürü məhsulları ilə bağlı nöqsanlar aşkarlandı - SİYAHI
Polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib
Mehmet Ali Aydınlar “Fənərbaxça” prezidentliyinə namizəd olmayacağını açıqlayıb
11 Avqust 2022 14:45
3 822
İranda ötən sutka ərzində 7 396 nəfər koronavirusa (COVID-19) yoluxub, 84 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 142 738 nəfərə çatıb, yoluxanların sayı isə 7,45 milyondan çoxdur. Virus daşıyıcılarından 1 469 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 7,14 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.