Türkiyənin beynəlxalq aləmdə nüfuzu artır - Ərdoğan Dünya

Türkiyənin beynəlxalq aləmdə nüfuzu artır - Ərdoğan

Son illər Türkiyənin beynəlxalq aləmdə nüfuzu durmadan artır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, bugünkü Türkiyə BMT və NATO da daxil olmaqla bütün platformalarda öz milli maraqlarını qətiyyətlə müdafiə edir.

R.T.Ərdoğan qeyd edib ki, ölkə səmərəli diplomatiya həyata keçirməklə, nəzərdə tutulan nəticələrə uğurla nail olur.

Türkiyə lideri əlavə edib ki, hakimiyyətin son iyirmi ildə həyata keçirdiyi siyasət sayəsində Türkiyə "daha ​​demokratik və azad ölkəyə, bərabər imkanlar ölkəsinə" çevrilib.