25 Avqust 2022 07:59
1 981
ABŞ dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib.
Trend ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə E.Blinkenin yazılı bəyanatında deyilir.
E.Blinken qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli siyasi nizamlama üzrə danışıqlarda kömək etməyə sadiqdir.
"Səfir F.Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərəcək", - deyə E.Blinken əlavə edib.
30 May 12:05
2 100
29 May 14:34
1 925
29 May 11:35
1 743