Papua-Yeni Qvineyada 6,2 bal gücündə zəlzələ olub Dünya

Papua-Yeni Qvineyada 6,2 bal gücündə zəlzələ olub

Papua Yeni-Qvineyada 6,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Yeni İrlandiya adasındakı Kokopo şəhərindən 146 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.