"Gürcüstanı müharibəyə cəlb etmirik" Dünya

"Gürcüstanı müharibəyə cəlb etmirik"

"ABŞ-ın guya Gürcüstanı müharibəyə cəlb etmək istədiyini iddia edən qüvvələr var. Bu söz-söhbətlər Gürcüstanda dolaşır, bu doğru deyil".

Bunu ABŞ Konqresinin üzvü Adam Kinzinger deyib.

"Təkrar edirəm, Amerika Gürcüstandan Rusiyaya qarşı müharibəyə başlamağı tələb etmir. Biz istərdik ki, Gürcüstan hökuməti bizim tərəfdaşlığımızın nə qədər vacib olduğunu vurğulasın və təhlükədən, Rusiyanın Gürcüstan üçün nə qədər təhlükəli olmasından danışsın. Rusiyanın gələcəyi bəlli olmasa da, Qərbin gələcəyi bəllidir",- deyə o, "Formula"nın efirində qeyd edib.
Cavid