Putinin Suriya ilə bağlı planı Dünya

Putinin Suriya ilə bağlı planı

Yaxın Şərqdə heç olmasa bir ədəd normal ölkə yarada bilsəydilər...

Cavid

Ekspert Reyçel Polonski ("Prospect-magazine" Böyük Britaniya) Rusiyanın Suriyada hərbi əməliyyatlarını təhlil edib. "İnosmi"yə istinadən həmin təhlili Sizə təqdim edirik.
Devid Kemeron Suriyanın bombalanması ilə bağlı parlament qarşısında məsələ qaldırmaq niyyətindədir. Bununla bağlı Böyük Britaniya çətin bir seçim etməlidir. Çünki bu mübarizədə Rusiya ilə birgə İŞİD-i bombalamaq Bəşər Əsədə dəstək olmaq deməkdir. Bu gün Suriyada böyük üstünlüklərə sahib olan Rusiyanın əsas məqəsdi Əsəd rejimini bərpa etməkdir. Bəziləri hesab edir ki, əhaliyə qarşı sərt mövqedən çıxış edən Əsədin Böyük Britaniya tərəfindən dəstəklənməsi yolverilməzdir və bu Suriyanın çökməsi ilə nəticələnəcək. Digərləri isə hesab edir ki, Qərb Rusiya ilə dialoqa girməli və bu məsələdəki olmayan planlarını müəyyənləşdirməlidir.
Sentyabrın 28-i Putinlə Obamanın görüşündən sonra Rusiya XİN-nin səlahiyyətli nümayəndəsi Mariya Zaxarova Rosiya-1 telekanalı ilə əlaqəyə çıxdı. Verlişin əsas mövzusu dünyadakı dəyişikliklər və Qərbin zəifləmiş müdaxiləsi idi. Zaxarova hirsli şəkildə qeyd etdi ki, "Biz səhv olmağımızı çox istərdik ".
Əgər əvvəlki güc strukturları bu müddət ərzində Yaxın Şərqdə heç olmasa bir ədəd normal ölkə yarada bilsəydilər, onların təkliflərini dinləmək olardı. Biz hazırda kasıbçılıq və terrora şahidlik edirik. Biz görürük ki, əks qüvvələr güclənir. Avropaya, eləcə də Rusiyaya təhlükə yaratmağa başlayırlar. Zaxarova Putinin BMT-dəki çıxışından sitat da gətirdi: "Siz heç bilirsiz nə etmisiz?". Ardınca isə qeyd etdi ki, beynəlxalq arena İŞİD-lə mübarizə aparmağın vaxtının çatdığını bilir.
ABŞ və Böyük Britaniya bu əməkdaşlığın dəqiqliyində əmin deyllər. Lakin nəqədər qəmli səslənsə də, Qərbin Suriya ilə bağlı yetkin planı yoxdur. Rusiyanın belə bir planı var. Artıq elə bir vaxt gəlib ki, ya Rusiyaya qoşulmaq lazımdır, ya da ona mane olmamaq.
Mariya Zaxarova Rusiya XİN-nin yeni informasiya mənbəyidir. Cavan xanım ingilis və çin dillərində sərbəst danışır. O vəzifəyə hələ avqustda gətirilib, Rusiya müharibəyə hazırlaşarkən. Zaxarova - Rusiyanın ABŞ administrasiyasının xüsusi nümayəndəsi Cenifer Paskiyə alternatividir. 2014-cü ildə Ukrayna hadisələri ilə bağlı Paskinin brifinqləri Rusiya kanallarına gülüş obyektinə çevrilirdi.
Rusiya KİV-i qısa zamanda antiamerika ritorikasına köklənib. NATO-nun imkanlarının genişləndirilməsi də burda öz rolunu oynayıb. Suriyadakı müharibə zamanı vətəndaş qarşıdurmasına müdaxilə edən Qərb qarşısındakı hədəfləri müəyyən etməmiş Rusiya KİV-i siyasətini dəyişdi. İndi ABŞ haqda nadir hallarda və təəssüf dolu fikirlər səslənir. ABŞ haqda belə bir fikir də populyarlıq qazanmışdı: "Ya biz heç nə başa düşmürük və onların hansısa böyük planı var, ya da ABŞ pis məlumatlandırıldığından tez-tez səfeh fikirlər səsləndirir".
Rusiyanın lap əvvəldən Suriyadakı Rejimi dəyişmək fikri yox idi. Əgər Qərb belə düşünürdüsə bu onlar tərəfindən böyük bir səhv idi. Rusiya Suriyadakı fəaliyyətini planlı və dolğun şəkildə davam etdirməyə başladı. Rusiyanın Suriyanı bombalayacağı artıq BMT-nin sammitində məlum olmuşdu. Bunun ilk signalları isə hərbi texnika ilə Rusiyaya məxsus gəminin İstanbuldakı boğazdan keçməsi oldu. Sentyabrın əvvəli sosial şəbəkələrdə Rusiya hərbiçilərinin Suriyada məskunlaşması ilə bağlı məlumatlar və görüntülər yer almağa başladı. ABŞ Bolqarıstan və Yunanıstandan hava yolunu Rusiya üçün bağlamağı xahiş etdi. BMT-nin baş assambleyası başlayanda artıq Rusiyaya məxsus Su-30 təyyarələri Lataki aeroportunda idilər.
Həmin ərəfədə Putin qonaqları qəbul edirdi. Avqustun sonundan, sentyabrın sonuna qədər Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Qətər, Küveyt, İsrail və Türkiyə prezidentləri Moskvaya səfər etdi. Sentyabrın 21-i İsrailin baş naziri Benyamin Netanyahu hərbi kəşfiyyat rəhbəri ilə birgə Rusiyaya getdi. İsrail tərəfi Rusiyadan razı qayıtdı. Putin onları əmin etdi ki, İsrailin strateji maraqları zərər çəkməyəcək. Əsədlə bağlı məsələdə isə Netanyahu bildirdi ki "Nə leyhinədir, nə də əleyhinə". Bir gün sonra Putin Türkiyə prezidneti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Onlar birgə Rusiyada böyük məscidin açılışında iştirak etdilər. Türkiyə və Rusiyanın Əsədlə bağlı fikirləri fərqlidir. Türkiyə Rusiya aviasiyasının fəaliyyətinə qarşı olduğunu açıq şəkildə bildirdi və Suriyanın ona aid hissəsində uçuşlara qadağa qoydu.
Sentyabrın 25-i ABŞ-ın Hərbi Hava Qüvvələri Rusiyalı həmkarlarını Suriyada şəffaf mübarizə aparmağa çağırdılar. 2 gündən sonra ABŞ televiziyasında çıxış edən Putin bildirdi ki, Əsədin bu proseslərdə zəifləməsi nəticəsində biz ona kömək etmək qərarına gəldik. Putin ABŞ-ı tərk edən kimi Rusiya aviasiyası Suriyaya ilk zərbəsini endirdi. Zaxarova və Lavrov isə ABŞ-da qalaraq danışıqları davam etdirməyə başladılar. Bu istiqamətdə müxtəlif məlumatlar ötürülsə də, qeyd olundu ki, Rusiya dediyi kimi təkcə İŞİD-i deyl, Suriyadakı müxalifəti də vurur. Senator Con Makkeyn ABŞ tərtəfindən hazırlanmış hərbiçilərin vurulmasını "Böyük hörmətsizlik" kimi dəyərləndirdi. ABŞ-n hazırladıqları Suriyalı hərbiçilər həm Əsədlə, həm də İŞİD-lə mübarizə üçün nəzərdə tutulmuşdu. Canlı yayımda Lavrova birbaşa anoloji sual verildikə isə onun cavabı belə oldu: "Əgər onlar terrorist kimi görünür terrorçu kimi davranır və terrorçu kimi mübarizə aparırlarsa, demək onlar terrorçudular. Elə deylmi?" Əgər Qərb Rusiyanın nə etdiyini bilmək istəyirsə o zaman Rusiya KİV-ni diqqətlə izləməlidir. Burada Rusiyanlın addımları və iş planı haqda dolğun məlumatlara rast gəlmək olar.
Sentyabrın 13-ü Rusiya televiziyalarından birində aparıcı Vladimir Solovyov belə bir fikir səsləndirdi: "Obama boynuna alıb ki, Suriya ilə bağlı heç bir planı yoxdu, Qərb Rusiyada düşman görmək əvəzinə onunla birləşib İŞİD-ə qarşı hansı səbəbdən mübarizə aparmadığı bilinmir?" Jirinovski isə bildirib ki, ABŞ cinayətkardır, İŞİD-i də onlar yaradıb, neftin qiymətini aşağı salmaq üçün. MDU-nun dünya siyasəti fakultəsinin dekanı Andrey Kokoşin isə qeyd edib ki, ABŞ xarici siyasətdə dalana dirənib: "Onlar müqəddəs demokratiya amilinə inanaraq, demokratik hesab olunan dövlətlərin onlardan yana olacağını düşünürdülər. "
Ardınca Solovyov qeyd edib ki, Rusiya Suriyadakı niyyətindən əl çəkməməlidir: "Obama daima qeyd edir ki, əgər biz Əsədi təhvil versək hər şey əla olacaq. Hesab edək ki, Əsəd yoxdur. Sonra?" "Xaos" deyə verilişin qonağı, deputat Semon Baqdasarov cavab verdi. O bildirdi ki, hələdə bir sıra böyük şəhərlər dövlətin nəzarətindədir (Damask, Latakiya, Tartus). Bunun nəticəsində ölkədə qırğın ola bilər. Genosid? - Solovyev dəqiqləşdirib. Bəli, Genosid - deyə Baqdasarov cavab verib.
Hadisələrin cari gedişatı Türkiyə və Rusiya arasındakı münasibətləri pisləşdirib. Məlum məsələlərdən sonra Türkiyə bir neçə dəfə Rusiyaya öz etirazını bildirib. Qeyd edilib ki, Rusiyanın Suriyaya hücumundan istifadə edən türklər Rusiya ilə əməkdaşlıqda günahlandırdıqları kürdlərə qarşı amansız mübarizəyə başlayıblar. Kürdlərin Kobaninin İŞİD-dən azad etməsi onları Əsəd tərəfdaşı kimi qələmə verib. Kürdlər və Əsəd rejimi Türkiyəni İŞİD-lə əməkdaşlıqda günahlandırr. Kürdlər həm də ABŞ-dan da narazılqlarını ifadə ediblər.
Eyni zamanda Rusiyanın daha bir tərəfdaşı da meydana gəlib. Söhbət Əfqanıstandan gedir. Ölkənin vitse-prezidenti Abdul Raşid Dostum bu yaxınlarda Rusiyalı jurnalistləri təmtəraqla qarşılaması bir sıra suallara aydınlıq gətirib. Daha çox ABŞ və NATO-nun nəzarətində olan Əfqanıstan Rusiya üçün ciddi problem yarada bilər. O halda ki, ABŞ və NATO öz sülhməramlılarını bu ərazidən uzaqlaşdırsa. Eyni zamanda İŞİD də Əfqanıstanda öz maraqlarını davam etdirir. Təbliğat nəticəsində İŞİD Əfqanıstandan gələn taliblərin hesabına öz sıralarını da genişləndirməkdədir. Lakin bu ölkədə də İŞİD əleyhinə gərgin mübarizə gedir. Abdul Raşid Dostum 2011-ci ildə ölkənin qərbində İŞİD-lə mübarizəni intensivləşdirmək məqsədi ilə Putindən hərbi yardım istəmişdi.
"İŞİD-in hədəfi Qafqaz, Rusiya və Mərkəzi Asiyadır. Bizim gözümüzün qarşısında Suriya və İraq məhv edilir. Onlar Mərkəzi Asiyanı sıradan çıxarmaq istəyirlər "- deyə vitse-prezident bildirb. Verilişlərin birində İŞİD-in planlarına əsasən 2020-ci ildəki dünya xəritəsi təqdim olunub. Rusiyaya məxsus ərazilər xəritədə qara rənglə rənglənmişdi. Ərazilərin adı isə "Qoqqaz" və "Khurasan" idi. Verilişdə eyni zamanda Qərbin İŞİD-ə qarşı qətiyyətsizliyi və Rusiya ilə tərəfdaş olmaq istəməməsi də müzakirə olundu.
Rusiyanın İŞİD-ə qarşı apardığı mübarizə keçmişdə baş vermiş qəmgin müdaxilələri xatırladır. Əfqanıstandakı müharibə 10 il davam etdi. SSRİ-nin dağılmasında öz izlərini qoydu. 90-cı illərdə Çeçenstanla gedən müharibə də Rusiya üçün böyük itkilərlə nəticələndi. İŞİD-lə mübarizə Rusiya üçün Çeçenistanla müharibəyə bənzəyir, lakin bu dəfə daha iri miqyaslı formada. İŞİD-in tərkibində kifayət qədər rusdilli hərbiçilər var. Misal üçün, sarı saqqallı Tərxan Batiraşvilli. O Abu Omar aş-Şişani kimi tanınır. Əla təlim keçmiş Batiraşvilli 2008-ci ildə Cənubi Osetiyada Rusiyaya qarşı mübarizə aparıb, 2010-cu ildə isə İstanbula köçüb. Bir il əvvəl İŞİD internetdə Putinə ünvanlanmış bir video yerləşdirib. Videoda İŞİD-in Qafqaz və Rusiyanın cənub regionları ilə bağlı planları öz əksini tapmışdı. Yayılan məlumatlara görə, Rusiya əvvəlcə Palmir şəhərini İŞİD-in əlindən alıb, daha sonra İslam dövlətinin paytaxtı Raqqaya yönələcək. Bu ərazilərdə İŞİD əsgərləri qan donduran qətllər həyata keçiriblər. Uşaqları məcbur ediblər ki, əsir düşmüş Suriya əsgərlərini öldürsünlər. Ardınca Palmir müzeyinin keçmiş direktoru Xalid Əsədin nümayişanə şəkildə başını kəsiblər.
"Rusiyanın Suriyada ancaq İŞİD-i bombalamsı mövzusuna böyük skeptisizmlə yanaşmaq lazımdır". Bu ifadə Dohadakı Bruklin elmi mərkəzinin əməkdaşı Çarlz Listerə məxsusdur. Ardınca o bildirib ki, rəsmi Moskva Suriyadakı silahlı müxalifəti də terrorizm kimi qələmə verərək onları da böyük təhlükə hesab edir. Lakin belə qiymətləndirmə səhvdir. Belə bir açıqlamanı qərəzli adlandırmaq olar. Belə ki, buna qədər Lister yazırdı: "Buna az adam diqqət yetirsə də qeyd etmək laızmdır ki, Suriya müxalifəti öz əməllərini "Al Qaida" təşkilatı ilə koordinasiya edir."