Qərb Çinə qarşı Dünya

Qərb Çinə qarşı

Avrasiya hansı yolu seçəcək?

Cavid

Qərb böyük maraqla Çində baş verənləri izləyir, hətta makroiqtisadiyyatdan uzaq olan insanlar belə Çində iqtisadi artımın ləngiməyindən xəbərdardır, ölkə isə ixracdan daxili istehlaka keçərək bu artımı bərpa etmək üçün yeni aparıcı qüvvələr axtarışındadır. Məşhur "Tarixin sonu və sonuncu insan" adlı kitabın və bir sıra əsərlərin müəllifi, tanınmış filosof, politoloq və siyasi iqtisadçı Frensis Fukuyama bildirir ki, bu keçid yalnız Çin üçün deyil bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Fukuyamanın fikrincə, biz rəqabət aparan iki iqtisadi inkişaf modeli –Qərb və Çin-arasında gedən müharibəni müşahidə edə bilərik və yaxın bir neçə onillik ərzində Avrasiyanın aqibəti bu müharibənin nəticəsindən asılı olacaq.
"Slon" yazır ki, Çin modeli. Çin iqtisadiyyatının yenidən qurulduğunu söyləyərkən onun xarici aspektinin olmasını da nəzərdə saxlamaq lazımdır. Bu, Si Tzinpin tərəfindən 2013-cü ildə elan edilmiş "Bir kəmər, bir yol" konsepsiyasıdır. "Bir kəmər" dedikdə, Çini Mərkəzi Asiya və Avrasiya, o cümlədən Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək dəmir yolları sistemi nəzərdə tutulur. "Bir yol" isə limanlar və ticari dəniz trafikini "bir kəmərin" yolları ilə birləşdirəcək digər infrastrukturu bildirir.
Fukuyama qeyd edir ki, bu təşəbbüs Çin iqtisadiyyatının nəzərəçarpan dərəcədə dəyişdiyini göstərir. Əgər əvvəllər Çin şirkətləri ölkələrinə zəruri resursları ixrac etmək üçün dünyanın istənilən nöqtəsinə sərmaye qoyurdularsa, hazırda Çin sənayeni inkişaf etdirməyə və istehlak təlabatını ölkə hüdudlarında qarşılamağa hazırlaşır.
Siyasi iqtisadçının yazdıqlarına əsasən, "Çin xammal hasil etməkdənsə sənayeni nisbətən az inkişaf etmiş ölkələrə köçürmək niyyətindədir, bununla o həmin ölkələri daha da zənginləşdirmək və Çin məhsullarına olan təlabatı artırmağı planlaşdırır".
Qərb modeli. Amerikalı iqtisadçılar Çinin "infrastrukturu qur və sənaye özü gələcək" adlı formulunun korrupsiya üçün yetərincə əlverişli olduğunu iddia edərək onu tənqid edirlər. Qərbdə isə digər inkişaf modeli dəbdədir: burada dövlət yollar və hava limanlarına deyil, səhiyyə sistemlərinə, qadın hüquqlarına, korrupsiya ilə mübarizəyə və hüquqi cəmiyyətə sərmaye qoyur. Fukuyama vurğulayır ki, bütün bunlar təqdirəlayiq addımlar olmaqla yanaşı vacib məqsədlərdir, lakin dünyada heç bir ölkə yuxarıda sadalananlara sərmaye qoyaraq zənginləşməyib. Çin strategiyası isə, əksinə olaraq, elə Çinin özündə əmək qabiliyyətini göstərərək digər Asiya ölkələrinin iqtisadiyyatlarına böyük töhvə verdi.
Böyük sual. Məqalənin müəllifi bildirir ki, hazırda tarix böyük bir suala yaxınlaşıb: bu modellərdən hansı qalib gələcək? Fukuyamanın proqnozlarına əsasən Çin hakimiyyətinin gözləntiləri gerçəkləşsə, bu İndoneziyadan başlayaraq Polşaya qədər bütün Avrasiyanı dəyişdirəcək. Əhalinin gəlirləri və Çin mallarına olan təlabat artacaq, təbiəti çirkləndirən sahələr dünyanın digər hissələrinə ötürüləcək; Mərkəzi Asiya dünya iqtisadiyyatının kənarını tərk edərək mərkəzi nöqtəsinə çevriləcək.
Eyni zamanda, avtoritar idarəetmənin Çin modeli digər ölkələrdə də tanınacaq, bu isə dünyada demokratiyaya güclü bir zərbə vuracaq.
Fukuyama qeyd edir ki, Çin modelinin qalib gələcəyindən əmin olmaq olmaz, lakin nəzərdə saxlamaq lazımdır ki, Pekindən fərqli olaraq, böyük qərb iqtisadiyyatları inkişaf edən ölkələrə cüzi təkliflər edə bilərlər. Əgər Qərb dünyanın Çinə bənzəməsini istəmirsə, onlar infrastruktur inkişafının strategiyasına nəzər salmalıdırlar, Asiyanın infrastruktur üçün investisiyalar bankının iş axınına cəlb olunmalıdırlar (ABŞ və Yaponiya bu layihədə iştirak etməkdən imtina etdilər) və onun vasitəsilə Çinin ətraf mühit, təhlükəsizlik və əmək sahəsində beynəlxalq standartlara riayət etməsinə təsir göstərməlidirlər. Əks halda Avropa və Amerika Avrasiyanın və dünyanın digər hissələrinin gələciyinin Pekinin və onun inkişaf modelinin təsiri altına keçəcəyini gözə alacaqlar.