“Rusiya bundan təbliğat məsədilə istifadə edəcək” Dünya

“Rusiya bundan təbliğat məsədilə istifadə edəcək”

“Böyük ehtimalla Rusiya Braynska hücum məsələsindən təbliğat məqsədi ilə istifadə edəcək”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Politoloq əlavə edib ki, Rusiya Ukraynanın Rusiya ərazisinə hücum etdiyinin təbliğatını apararaq bəyan edəcək ki, Ukrayna hökumətinə qarşı mübarizə aparacağıq: “Onsuz da Rusiya ilə Ukrayna aktiv müharibə şəraitindədir. Belə bir şəraitdə Bryanska edilən hücum Rusiyanın cəbhə xəttində hər hansı yeni addımı ilə nəticələnməyəcək”.

Əli