

30 İyun 15:44
30 İyun 14:17
30 İyun 13:11
Kreml regionda gərginliyin azaldılması və dialoq üçün istənilən addımı alqışlayır.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Tehran və Ər-Riyad diplomatik münasibətlərin bərpa olunması haqqında saziş imzalamasına münasibət bildirərkən deyib.
"Biz olduqca qeyri-sabit olan regionda gərginliyin səviyyəsini azaltmağa və dialoqu optimallaşdırmağa kömək edə biləcək və kömək edəcək istənilən addımı alqışlayırıq. Xüsusilə də söhbət Səudiyyə Ərəbistanı və İran kimi əsas regional oyunçulardan gedirsə...", - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpası haqqında saziş imzalayıb və iki ay ərzində səfirliklərin açılması planlaşdırılır. Birgə bəyanat Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə səudiyyəli həmkarı arasında bir neçə günlük danışıqlardan sonra imzalanıb. O da bildirilib ki, iki dövlətin xarici işlər nazirləri sazişin icrasını müzakirə etmək üçün görüşmək niyyətindədirlər.