Almaniyada atışma olub, ölənlər var Dünya

Almaniyada atışma olub, ölənlər var

Almaniyanın Hamburq şəhərində gecə saatlarında baş verən atışmada iki nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.
Məlumata əsasən, hadisə şahidləri yerli vaxtla saat 23:32 radələrində küçələrdən birində atəş səslərinin olduğunu bildiriblər. Polis iki kişinin cəsədini tapıb, onların hər ikisi güllə yaralarından ölüb.