Aİ və Böyük Britaniya təhlükəsizlik sahəsində sıx əməkdaşlığı müzakirə ediblər Dünya

Aİ və Böyük Britaniya təhlükəsizlik sahəsində sıx əməkdaşlığı müzakirə ediblər

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Ukraynadakı müharibə fonunda təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa dair müzakirələri gücləndirir.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bildirilir ki, koordinasiyanı yaxşılaşdırmaq, o cümlədən Avropada silah istehsalını artırmaq məqsədilə qeyri-rəsmi, lakin müntəzəm müzakirələr aparılıb.

Rəsmi Brüssel və Londonun açıqladığı birgə rəsmi məlumatda kibertəhlükəsizlik və terrorla mübarizə mövzusunda dialoq aparılacağı qeyd olunub.