İsraildə Ben Qurion aeroportundan uçuşlar dayandırılıb Dünya

İsraildə Ben Qurion aeroportundan uçuşlar dayandırılıb

İsraildə mübahisəli məhkəmə islahatlarına etiraz olaraq Ben Qurion hava limanından uçuşlar dayandırılıb.

APA "The Times of Israel"ə istinadən xəbər verir ki, Ben Qurion Hava Limanındakı işçilərin Həmkarlar İttifaqının rəhbərinin tətil çağırışından sonra hava limanından uçuşlar dərhal dayandırılıb.

“Mən hava limanında uçuşların dərhal dayandırılmasını əmr etdim”, - Həmkarlar İttifaqının rəhbəri Pinças İdan deyib.