Polis rəisinin avtomobili partladılıb Dünya

Polis rəisinin avtomobili partladılıb

Mariupolda şəhər polis idarəsinin rəisi Mixail Moskvinə cəhd edilib, onun avtomobili partladılıb.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə TASS-a "DXR"in güc strukturlarındakı mənbə bildirib.

"Səhər saatlarında polis rəisi Moskvinin avtomobili partladılıb. O, sağdır, hər şey qaydasındadır” mənbə bildirib. Avtomobil polis rəisinin bir neçə metrliyində partlayıb.
"Polis rəisinin partlayışdan sonra yüngül beyin silkələnməsi var", - mənbə bildirib.

Cavid