Rusiya qüvvələri Slovyanskı atəşə tutub, ölən və yaralananlar var Dünya

Rusiya qüvvələri Slovyanskı atəşə tutub, ölən və yaralananlar var

Rusiya qüvvələri Slovyanskı atəşə tutub.

Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" hesabında paylaşım edib.

"Rusiya Federasiyası tərəfindən terrorla başlayan digər bir gün. İşğalçı dövlət bizim Slovyanskımızı atəşə tutub. Təəssüf ki, ölən və yaralananlar var. Bütün xidmətlər hadisə yerində çalışır. Yardım göstərilir. Dağıntıların təmizlənməsi davam edir.

Düşmən bilməlidir: Xalqımıza verilən işgəncələri bağışlamayacağıq, Ukrayna bu ölümləri və yaraları bağışlamayacaq. Bütün rus terrorçuları məğlub olacaq. Bu təcavüzdə əli olan hər kəs cavab verəcək", - Zelenski bildirib.