Türkiyə İraqın şimalndan neft ixracını dayandırıb Dünya

Türkiyə İraqın şimalndan neft ixracını dayandırıb

Paris Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsi Kürdüstandan neft ixracını mübahisələndirən Türkiyəyə qarşı iddiada İraqın lehinə qərar verib.

“APA-Economics”in “İnterfax”a istinadən verdiyi məlumata görə, yekun qərar martın 23-də verilib.

İraq Türkiyəni 1973-cü il razılaşmasının müddəalarını pozmaqda ittiham edir. Razılaşmaya əsasən, Türkiyə hökuməti İraqdan ixrac edilən neftin bütün saxlama, aşırma mərkəzlərinə və son istifadəçilərə qədər daşınmalar ilə bağlı İraq tərəfinin göstərişlərinə əməl etməlidir”.

İraq Neft Nazirliyi xatırladır ki, İraq xammalının satışı Türkiyənin Ceyhan limanı vasitəsilə ixrac əməliyyatlarını idarə etmək səlahiyyətinə malik olan yeganə marketinq şirkəti SOMO vasitəsilə həyata keçirilir. Məhkəmə qərarından sonra müvafiq qurum neftin Ceyhan vasitəsilə ixracı mexanizmlərini Kürdüstanın müvafiq qurumları və Türkiyə tərəfi ilə davamlı xammal tədarükünü təmin etmək və beynəlxalq şirkətlər qarşısında SOMO öhdəliklərini yerinə yetirmək üçün müzakirə etmək niyyətindədir.

İraqın şimalından neft ixracı martın 25-də beynəlxalq arbitraj məhkəməsinin qərarından sonra dayandırılıb.