

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet əhatə dairəsinin orbital artırmaq üçün 56 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.
Məlumata əsasən, buraxılışın Florida ştatındakı Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən ABŞ-ın şərq sahili vaxtı ilə saat 16:01-də baş tutacağı gözlənilir.
Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 80-ci, bu ilin əvvəlindən isə 11-ci buraxılışı olacaq.