"Ukrayna tərəfi əsirlərin növbəti mübadiləsini pozur" Dünya

"Ukrayna tərəfi əsirlərin növbəti mübadiləsini pozur"

Rusiya Federasiyasının İnsan Haqları üzrə Ombudsmanı Tatyana Moskalkova Ukrayna tərəfinin Rusiya Federasiyası ilə növbəti məhbus mübadiləsini pozmasından narahatlığını ifadə edib.
"Xalq Cəbhəsi" xəər verir ki, bu barədə Ombudsman Telegram kanalında yazıb. "Mən daha bir məhbus mübadiləsinin pozulmasından son dərəcə narahatam. Vaxt keçir, siyahı tamamlandı: bu gün siyahıda artıq 133 ad var, Ukrayna tərəfi isə susur", - Moskalkova yazıb.

Ombudsman bildirib ki, Ukrayna tərəfinin əvvəllər dəyişdirmək istəmədiyi Ukrayna Silahlı Qüvvələrinin 70 hərbi qulluqçusunun siyahılara daxil edilərək vətənə qaytarılacağına dair Ukrayna tərəfdən zəmanət almasından üç həftə keçib. Moskalkova mübadilə üçün təklif olunan Ukrayna Silahlı Qüvvələrinin 133 hərbçisinin siyahısını da təqdim edib.
Cavid