13:45
392
Ali Radanın komitəsi, ölkədən gedən və vəzifəsindən kənarlaşdırılan baş prokuror Ruslan Kravçenkonun əvəzinə kimin baş prokuror səlahiyyətlərini icra etdiyini müəyyənləşdırmək üçün Baş Prokurorluğun bütün rəhbərliyini çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə deputat Maksim Bujanski məlumat verib.
"Komitə mənim təklifimi dəstəklədi və sabah - təəssüf ki, bu gün yox, - Baş Prokurorluğun bütün rəhbərliyini orada kimin və hansı əsasla indi əsas şəxs olduğunu, həmçinin bu məsələnin niyə belə mürəkkəb yolla aydınlaşdırılmalı olduğunu öyrənmək üçün iclasa çağırır", - deyə o, Telegram kanalında yazıb.
Bazar ertəsi deputat Yaroslav Jeleznyak ölkəni tərk edən Kravçenkonun əvəzinə baş prokuror vəzifəsini kimin icra etdiyi barədə heç bir məlumatın olmadığını bildirmişdi.
Məryəm Quliyeva