Sloveniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib Dünya

Sloveniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Trend xəbər verir ki, Sloveniya 153, Belarus isə 38 səs toplayıb. Qeyri-daimi üzv seçilmək üçün Baş Assambleyanın bütün üzvlərinin - 193 üzvünün üçdə ikisinin səsi tələb olunurdu.
Həmçinin bu səsvermədə Əlcəzair, Qayana, Sierra-Leone və Cənubi Koreya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olaraq alternativsiz seçiliblər.