“Ukrayna həlledici sınaq qarşısındadır” Dünya

“Ukrayna həlledici sınaq qarşısındadır”

“Ukrayna işğala məruz qalmış ərazilərini geri qaytarmaq üçün həlledici sınaq qarşısındadır, əks-hücum əməliyyatları isə hələlik böyük nailiyyəti Kiyevin qismətinə yazmayıb. Düzdür, cəbhə xətti əməliyyatlar başlayana qədərki vəziyyətindən Ukraynanın xeyrinə cüzi dəyişib, lakin bu, həlledici üstünlük sayılmır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov deyib. A.Kərimov bildirib ki, Rusiya cari döyüş xətlərini sabit saxlamaqla müdafiəyə üstünlük verir, Ukrayna isə həmin eşelonları yarıb ərazilərini qaytarmağa çalışır: “Kiyev ümid edir ki, özünün cəsarəti, Qərbin dəstəyi və Rusiyanın müharibədəki taktiki səhvləri Ukraynanı döyüş meydanından qalibiyyətlə çıxara bilər. Çünki Rusiyanın aşkar hərbi təcavüzü Qərblə Ukraynanın vahid cəbhədən Moskvaya qarşı durmaq əzmini sərtləşdirir”.