"SpaceX" raketi "Starlink" internet peyklərinin yeni partiyası ilə orbitə çıxacaq Dünya

"SpaceX" raketi "Starlink" internet peyklərinin yeni partiyası ilə orbitə çıxacaq

"Falcon" daşıyıcı raketi "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Bu barədə "SpaceX" şirkətindən bildiriblər.

Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40-cı start kompleksindən ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 11:58-də baş tutacaq.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 93-cü, bu ilin əvvəlindən isə 24-cü buraxılışıdır. "SpaceX" artıq bu peyklərdən 4,7 mindən çoxunu orbitə çıxarıb.