Ermənistanda partiya sədri saxlanılıb Dünya

Ermənistanda partiya sədri saxlanılıb

Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında müxalifət liderlərindən sayılan, "Ana Ermənistan" Partiyasının sədri Andranik Tevanyanı saxlayıb.

“Xalq Cəbhəsi" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, polisin məlumatına görə, İrəvanda keçirilən aksiyalar zamanı daha 26 nəfər saxlanılıb.

O, bir qrup fəalla Saryan küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Bir neçə dəqiqədən sonra ora polis gəlib və onu və bir neçə nəfəri polis bölməsinə aparıblar.

Qeyd edək ki, A.Tevanyan Rusiyayönlü siyasi təşkilatın başçısıdır.

Cavid