
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Yerevanda vətəndaş itaətsizliyi aksiyaları Myasnikyan prospektinin bağlanması ilə başlayıb.
"Xalq Cəbhəsi" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bura Qarabağı müdafiə edən və baş nazir Nikol Paşinyanın istefasını tələb edən tələbələr daxildir.
Prospektə çoxlu sayda “qırmızı beret” gəlib və bir neçə iştirakçını nəzarətə götürüb. Bundan sonra prospekt açılıb.
Bu aksiya başlamazdan əvvəl İrəvanın Respublika meydanına çoxlu sayda polis qüvvələri gətirilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hökumət binasının qarşısında canlı divar hörüblər.
Artıq üç gündür ki, İrəvanda müxalifət mitinqlər keçirir. Onlar hökumət binasını mühasirəyə almağı planlaşdırıblar.
Cavid