Somalinin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb Dünya

Somalinin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb

Somalinin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

Trend xəbər verir ki, binaların dağıntıları altından daha 9 nəfərin cəsədi aşkarlanıb. Bununla ölənlərin sayı 27 nəfərə yüksəlib.

Qeyd edək ki, sentyabrın 23-də ölkənin Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Partlayıcılarla dolu yük maşını ilə törədilən terror hadisəsi nəticəsində onlarla insan kərpic və beton qalıqları altında qalıb.