Kanada Parlamentinin İcmalar Palatasının sədri nasisti dəvət etdiyinə görə üzr istəyir Dünya

Kanada Parlamentinin İcmalar Palatasının sədri nasisti dəvət etdiyinə görə üzr istəyir

Kanada Parlamentinin İcmalar Palatasının (aşağı palata) sədri Entoni Rota SS-nin “Qalisiya” diviziyasında xidmət etmiş ukraynalı nasisti qanunverici orqana dəvət etdiyinə görə üzr istəyib.

"Sonradan mən əlavə məlumat aldım, ona görə də indi (faşisti parlamentə dəvət etmək) qərarımdan peşman oldum. Mən xüsusilə Kanadanın və dünyanın yəhudi icmalarından dərin üzr istəmək istəyirəm" - deyib.

Cavid