Bu ölkə Hindistan “Google”a rəqib olacaq yeni tətbiq platformasını İSTİFADƏYƏ VERİB Dünya

Bu ölkə Hindistan “Google”a rəqib olacaq yeni tətbiq platformasını İSTİFADƏYƏ VERİB

Hindistanda yerləşən maliyyə texnologiyaları şirkəti “PhonePe” “Google Play Store”a alternativ olacaq “Indus AppStore Developer Platformasını” istifadəyə verib.

Trend-in məlumatına görə, “PhonePe”nin yeni platforması proqramdaxili satınalmalar üçün heç bir komissiya almayaraq və sıfır platforma haqqı ilə tərtibatçılara böyük faydalar təklif olunacağını vəd edir. “PhonePe”nin bu yeni təşəbbüsü Hindistan proqram tərtibatçılarına yerli dil dəstəyi və telefon nömrəsinə əsaslanan giriş sistemi kimi lokallaşdırılmış funksiyalar təklif etmək məqsədi daşıyır.

Qeyd edək ki, bu strategiya “Google”un Hindistanda bazar üstünlüyünə meydan oxumaq cəhdi kimi qiymətləndirilir.