Şimali Koreya nüvə qüvvələrini modernləşdirmək niyyətindədir Dünya

Şimali Koreya nüvə qüvvələrini modernləşdirmək niyyətindədir

Şimali Koreya nüvə qüvvələrini modernləşdirməli və nüvə silahlarının istehsalını artırmalıdır.

Trend xəbər verir ki, bunu KXDR lideri Kim Çen In deyib.

Kim Çen In nüvə silahlarının müxtəlif qoşun növlərində döyüş növbəsinə qoyulmasını istəyib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü Ali Xalq Məclisinin 9-cu sessiyası zamanı bir neçə yeni nazir və KXDR Mərkəzi Bankının yeni rəhbəri də təyin edilib.