
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Nümayəndələr Palatası növbəti maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) ölkənin müdafiə büdcəsinə ABŞ-ın Ukraynaya yardımını kəsəcək iki təklif edilən düzəlişi qəbul edə bilmədi.
"Xalq Cəbhəsi" xarici mediaya istinadən xəbər verir ki, konqresmen Mett Qetz Kiyevə hərbi yardım üçün büdcə vəsaitinin ayrılmasına tam son qoymağa çalışıb. Müvafiq düzəlişi Konqresin aşağı palatasının 93 üzvü dəstəkləyib, 339-u isə əleyhinə səs verib. Qetz bununla bağlı X sosial şəbəkəsində yazıb: "Biz səsi uduzuruq. Amma mübahisədə qalib gəlirik".
Konqresmen Endi Biqsin (Arizona ştatından olan respublikaçı) müdafiə büdcəsi layihəsindən Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində Kiyevə 300 milyon dollar yardım ayrılması ilə bağlı bəndin çıxarılması təklifi də rədd edilib. Proqram ABŞ Müdafiə Nazirliyinin bu və ya digər avadanlığı birbaşa Pentaqonun ehtiyatlarından təmin etməkdənsə, istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur. Təklifi 104 deputat dəstəkləyib, 330 deputat əleyhinə səs verib.
Cavid