Rusiyanın canlı itkisi 278 minə yaxınlaşıb Dünya

Rusiyanın canlı itkisi 278 minə yaxınlaşıb

Ukrayna müharibənin 582-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 277 320 hərbçi, 4679 ədəd tank, 8962 ədəd zirehli döyüş maşını, 6375 ədəd artilleriya sistemi, 793 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 535 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8815 ədəd avtomobil texnikası, 4957 ədəd PUA, 1529 qanadlı raket, 20 gəmi/qayıq, 929 xüsusi avadanlıq itirib.

Cavid