Yaşar Güler: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı verdiyi vədləri yerinə yetirməlidir Dünya

Yaşar Güler: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı verdiyi vədləri yerinə yetirməlidir

Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler bildirib.
O qeyd edib ki. 44 günlük müharibəsindən sonra atəşkəs imzalansa da, Ermənistan lazımi şərtləri yerinə yetirmədi:

“Tərəflərin (Azərbaycan və Ermənistan liderlərinin - red. ) yaxın günlərdə İspaniyada baş tutacaq görüşü diqqətlə izləyirik. Biz hər zaman olduğu kimi “Bir millət - iki dövlət” anlayışı ilə can qardaşımız Azərbaycanın yanındayıq”.