Türkiyə Daxili İşlər Nazirliyinin yaxınlığında partlayış baş verib Dünya

Türkiyə Daxili İşlər Nazirliyinin yaxınlığında partlayış baş verib

Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.

Trend-in məlumatına görə, hadisə yerinə çoxlu sayda polis, tibb briqadaları və yanğınsöndürmə briqadaları göndərilib.

Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilir. Bir çox məntəqələrə gedən yol bağlanıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.