Türkiyədə DİN-in binası qarşısında terror törədən şəxsin kimliyi məlum olub Dünya

Türkiyədə DİN-in binası qarşısında terror törədən şəxsin kimliyi məlum olub

Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktını törədən kamikadzenin kimliyini müəyyən edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK üzvü Özkan Şahin olduğu müəyyən edilib.

Terror aktını törədən digərinin PKK üzvü Həsən Oğuz da olduğu daha əvvəl müəyyən edilib.