
Rusiya Müdafiə naziri Sergey Şoyqu Krıma səfər edib. Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov söyləyib. Onun sözlərinə görə, Şoyqu Krımda Qafqaz-2016 hərbi təlimini müşahidə edəcək. Qeyd edək ki, Qafqaz-2016 hərbi təlimi sentyabrın 5-dən 10-na qədər keçiriləcək. 12500 hərbçinin iştirak etdiyi hərbi təlim Krım, Şimali Qafqaz, Cənubi Osetiya, Abxaziya, Ermənistan, Qara dəniz və Xəzər dənizini əhatə edir.