Gürcüstan prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə veto qoyacağını bildirib Dünya

Gürcüstan prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə veto qoyacağını bildirib

Gürcüstan prezidenti Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi üç oxunuşda qəbul ediləcəyi təqdirdə qanuna veto qoyacağını bildirib.

Trend xəbər verir ki, Gürcüstan prezidenti bu barədə "BBC"yə müsahibəsində deyib.

Qeyd edək ki, bir qədər əvvəl Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib, müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk ediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin deputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.