Pentaqon İraqı ölkədəki Amerika qüvvələrinin təhlükəsizliyini təmin etməyə çağırıb Dünya

Pentaqon İraqı ölkədəki Amerika qüvvələrinin təhlükəsizliyini təmin etməyə çağırıb

Vaşinqton İraq və Suriyadakı ABŞ bazalarına hücumlar fonunda İraq hökumətindən ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etməyi xahiş edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Aprelin 22-də iranyönlü hərbi qruplar İraq və Suriyada ABŞ qüvvələrinə iki uğursuz hücum həyata keçirib. Bunlar fevralın 4-dən bəri koalisiya hədəflərinə ilk hücumlardır. Bu zərbələr İraqdakı koalisiya qüvvələrinin və şəxsi heyətin təhlükəsizliyini təhlükə altına qoyur. Biz İraq hökumətini bu qrupların hücumları qarşısında İraq və Suriyadakı ABŞ qoşunlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağa çağırırıq", - deyə P.Rayder qeyd edib.