Rusiya BMT-dən Poddubnıya qarşı sui-qəsdi pisləməyi tələb edib Dünya

Rusiya BMT-dən Poddubnıya qarşı sui-qəsdi pisləməyi tələb edib

Rusiya BMT-dən tələb edir ki, Kursk vilayətində hərbi müxbir Yevgeni Poddubnının yaralanması ilə nəticələnən sui-qəsd cəhdini qətiyyətlə və dərhal pisləsin.

APA TASS-a istinadən xəbər verir ki, Poddubnının getdiyi avtomobil Kursk vilayətinin sərhəd bölgəsində atəşə tutulub. O, ağır yaralanıb.
İlkin məlumata görə, avtomobil FPV pilotsuz uçan aparatı ilə vurulub.