8 Sentyabr 19:09
8 Sentyabr 15:01
15 Avqust 2024 08:08
2 653
Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu son nəticədə Ukraynanın kapitulyasiyası ilə nəticələnə bilər.
Bu fikri Almaniyada Münhen Bundesver Universitetinin professoru, nüfuzlu hərbi ekspert Karlo Mazala deyib.
“Ən pis halda Kursk bölgəsindəki Ukrayna qoşunları böyük itkilərlə müşayiət olunan sarsıdıcı məğlubiyyətə uğraya bilər”, o, Bild qəzetinə deyib.
Ekspertin fikrincə, bu, Donbassdakı Rusiya ordusunun daha sürətlə irəliləməyə başlamasına səbəb olacaq, çünki Ukrayna Silahlı Qüvvələrinin sadəcə olaraq kifayət qədər əlavə qüvvəsi olmayacaq. “Nəhayət, bu, Ukraynanın kapitulyasiyası ilə nəticələnəcək”, Mazala hesab edir.
Cavid