İtaliyalı deputat: Bir sıra məntəqələrdə müşahidə apardım, nəticələrdən məmnunam Dünya

İtaliyalı deputat: Bir sıra məntəqələrdə müşahidə apardım, nəticələrdən məmnunam

"Seçki prosesində gənclərin və qadınların iştirakı Azərbaycanda bunun üçün geniş imkanlar yaradıldığından xəbər verir".

APA-nın məlumatına görə, bunu İtaliya Deputatlar Palatasının üzvü Nayke Gruppioni bugünkü mətbuat konfransında söyləyib.

"Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi olmaqdan qürur duyuram. Bu, artıq mənim Azərbaycana müşahidəçi kimi ikinci səfərimdir. Ölkənin gələcəyi üçün önəmli olan demokratik prosesdə iştirak imkanı yaradıldığı üçün təşəkkür edirəm. Burada gənclər hökumətin ölkənin gələcəyində iştirak imkanını yüksək dəyərləndirir. Xüsusilə də gənclərin və qadınların iştirakı bunun üçün geniş imkanlar yaradılmasından xəbər verir. Məncə, hər ölkənin siyasəti belə olmalıdır. İnsanlarla söhbət edərkən onların verdiyi səsin önəmini anladıqlarını müşahidə etmək çox önəmli idi. Mən bir çox məntəqədə müşahidə apardım və orada gördüklərimdən məmnun qaldım. Xüsusilə məntəqə komissiyalarının işində qadınların iştirakı məni çox sevindirdi. Seçicilərə mürəkkəbin tətbiq olunması Azərbaycanda seçkiləri təşkil edən qurumların bu prosesin şəffaf keçirilməsinə təminat verdiyini sübut edir".