27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
6 Dekabr 2024 08:17
3 129
Ukraynadakı münaqişənin sülh yolu ilə həlli o halda mümkündür ki, Kiyev NATO-ya daxil olmaq planlarından əl çəksin, ölkədəki Qərb hərbi bazalarını bağlasın və xarici qoşunların iştirakı ilə keçirilən təlimləri ləğv etsin.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində qeyd edib ki, Qərb reallıqları nəzərə almalı olacaq.
"NATO, hərbi bazaların, xarici qoşunların iştirakı ilə Ukrayna torpaqlarında hərbi təlimlərin keçirilməsi olmamalıdır . Vladimir Putin bunun 2022-ci ilin aprel ayında söyləyib, Qərb reallıqlar nəzərə alınmalı olacaq.
Donetsk və Luqansk
"respublikaları", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumdan sonra Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişikliklər var. İndi onlar bizim konstitusiyaya görə artıq Rusiyanın tərkibindədirlər. Bu, reallıqdır”, - Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Rusiyanın mövqeyi ondan ibarətdir ki, NATO “qapı”mızın astanasında olmamalıdır.
Cavid
27 Dekabr 17:25
1 267
27 Dekabr 16:15
1 393
27 Dekabr 14:48
1 246