Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
7 Fevral 2025 20:55
2 576
2028-ci ildən sonra yeni bir İstanbul, yeni bir Türkiyə inşa edəcəyik. Son nəfəsimə qədər AKP-nin millətə, vətənə və bəşəriyyətə xidmət mübarizəsində yer almağın haqlı qürurunu yaşayacağam.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən VIII Qurultayında çıxışı zamanı deyib.
Son iki il ərzində 6 fevral zəlzələlərinin səbəb olduğu ziyanın aradan qaldırılması, həmçinin fəlakət risklərinin azaldılması üçün 2,6 trilyon lirə məbləğində vəsaitin xərcləndiyini qeyd edən Türkiyə Prezidenti bildirib ki, indiyədək zəlzələ bölgəsində 201 min 580 mənzil və iş yerinin açarı sahiblərinə təhvil verilib. Mənzillərin 45 faizinin inşası tamamlanıb. Qalan 252 min mənzil və iş yerinin tamamlanması üçün işlər sürətlə davam edir. Gələn ilin əvvəlinə qədər ümumilikdə 453 min mənzil və iş yerinin inşası başa çatacaq.
Yenilənmiş məlumatlara görə, son 22 ildə İstanbula ümumilikdə 3 trilyon 850 milyard lirə dəyərində dövlət vəsaiti ayrıldığını xatırladan ölkə başçısı hazırda bu meqapolisdə 7,5 milyon riskli müstəqil bölmənin olduğunu, bu istiqamətdə şəhərsalma layihələrinin davam etdiyini bildirib.
21:38
903
21:26
1 092
21:24
924