İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
22 Aprel 2025 07:55
2 688
Harvard Universiteti ABŞ prezidenti Donald Trampın administrasiyasını milyardlarla dollarlıq maliyyənin bloklanmasına görə məhkəməyə verib.
Bu barədə bazar ertəsi tələbə qəzeti olan Harvard Crimson məlumat yayıb.
Harvard, 2,2 milyard dollarlıq maliyyələşdirmənin, eləcə də Tramp administrasiyasının Harvarda göndərdiyi məktublarda yer alan “qeyri-konstitusiya tələbləri” səbəbindən tutulan hər hansı vəsaitin dondurulması barədə qərar çıxarmaq istəyir.
Universitet hesab edir ki, maliyyə vəsaitinin geri götürülməsi qurumu idarəetmə sistemini dəyişməyə, akademik proqramlarına və məşğulluq təcrübələrinə yenidən baxmağa məcbur etmək məqsədi daşıyır. Universitet hesab edir ki, bu, söz azadlığını təmin edən Konstitusiyaya Birinci Düzəlişlə ziddiyyət təşkil edir.
Cavid