8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
25 Aprel 2025 13:13
2 821
Braziliyanın Sao Paulo Universitetinin Zoologiya Muzeyində aparılan araşdırmalar nəticəsində 113 milyon il əvvələ aid dünyanın ən qədim qarışqa nümunəsi aşkar edilib. Əhəngdaşı içərisində qorunan nüminə “Haidomyrmecinae” alt ailəsindən olan “cəhənnəm qarışqası” olaraq bilinir və indiki qarışqalardan tamamilə fərqli bir növü təmsil edir.
Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadla bildirir ki, tədqiqatın aparıcı müəllifi Anderson Lepeko onu 2024-cü ilin sentyabrında Sao Paulo Universitetinin Zoologiya Muzeyində nümunə kolleksiyasını araşdırarkən tapdığını deyib: "Böcəyin başındakı qəribə çıxıntını görəndə şoka düşdüm. Digər cəhənnəm qarışqalarının da qəribə alt çənələri var, lakin bu növ ilk dəfədir ki, bu qədər təfərrüatla kəşf edildi”.
Mütəxəssislər, "Vulcanidris cratensis" adlanan bu növün ovunu sıxmaq üçün istifadə etdiyi tırpan bənzəri çənələrə sahib olduğunu bildiriblər.
Bu kəşfin qarışqaların təkamül inkişafı ilə bağlı mühüm məlumatlar verəcəyi düşünülür.