

23:00
Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.
“İlkin məlumatlara görə, General Tyulenev küçəsindəki yaşayış binasında doqquzuncu mərtəbədə partlayış və sonradan yanğın baş verib. Hazırda iki mənzil yanır, səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun olub”, - deyə bildirilib.
Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfər yaralanıb.
***
General Tyulenev küçəsində baş verən partlayışda 2 nəfər ölüb, 6 yaralı var.
Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.