İran XİN: ABŞ-ın hərbi mövcudluğu regionda qeyri-sabitlik səbəbidir​​​​​​​ Gündəm

İran XİN: ABŞ-ın hərbi mövcudluğu regionda qeyri-sabitlik səbəbidir​​​​​​​

Birləşmiş Ştatların Fars körfəzi regionundakı hərbi mövcudluğu qlobal səviyyədə genişmiqyaslı fəsadlara yol açan qeyri-sabitliyə səbəb olur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İran xarici siyasət idarəsinin "Telegram" kanalında dərc olunmuş mətndə qeyd olunur:

"ABŞ-ın Fars və Oman körfəzlərindəki hərbi mövcudluğu regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin olunmasına kömək etmədiyi kimi, həm də özlüyündə həm regional, həm də qlobal səviyyədə genişmiqyaslı nəticələri olan qeyri-sabitlik faktoru və səbəbinə çevrilib".

Məryəm Quliyeva