“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
8 May 18:28
1 582
Buşehr atom elektrik stansiyasının tikintisinə təxminən 2,2 min işçi geri dönüb, obyektin tikintisi tədricən canlanır.
Rusiya mediasının xəbərinə görə, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev İrandakı Buşehr AES-in tikintisi ilə bağlı vəziyyətə aydınlıq gətirərkən deyib.
“Tikilməkdə olan 2-ci enerji blokunda əsas işlər armaturun quraşdırılması və beton işlərinə cəmlənib”, - o bildirib.
Lixaçev qeyd edib ki, “Rosatom” müəssisələri planlı şəkildə yeni bloklar üçün avadanlıq istehsalını davam etdirir.
Qeyd edək ki, müharibənin başlanmasından sonra “Rosatom” Buşehr AES-də çalışan 600-dən çox Rusiya vətəndaşını Ermənistan vasitəsilə Rusiyaya təxliyə edib.