“Söhbət təkcə regiondan yox, dünyadan gedir”
8 May 19:52
8 May 16:21
1 701
“Paşinyanın Moskvada Qələbə paradına getməməsinin hesab edirəm ki, bir neçə səbəbi var. Təbii ki, burada seçki məsələsi də var. Digər tərəfdən Paşinyan seçkiqabağı kampanya dövründə Qərb ölkələrinin gözünə mənfi bir vizyonda görünmək istəmir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
S.Hümbətov deyib ki, yəni Paşinyan Rusiya ilə bir arada oturması onun vizyonunu zədələyər deyə düşünür: “O, seçkidə Rusiyadan məsafəli olduğunu göstərməyə çalışır. Məncə daha çox səbəb budur. Amma təbii ki, seçki də var. Çünki Paşinyanın əsas dəstəkverici qüvvəsi Qərb ölkələridir və Paşinyanla yarışacaq qüvvələr də Rusiyanın dəstəklədiyi qüvvələrdir. Ona görə də hesab edirəm ki, hər mənada - istər seçki məsələsi ilə bağlı, istərsə də Qərbin təzyiqləri və digər bu kimi mövzularla bağlı olaraq o, parada getməkdən imtina edir. Yəni orada keçirdiyi günü boşa keçmiş zaman kimi qəbul edir. Açıqcası, Paşinyan Rusiyadan məsafə gözləməyə çalışır”.
Röya İsrafilova